FIFA AFFA-ya təşəkkür edib

AVhyBVf8NVz5lN6o1bLqkyFBC8VTFeCLG8FFwmF6_1200

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

Olkemedia.az xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib.

C.Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası “FIFA Series – 2026” turnirinin qalibi olub.