“Artıq zövq almıram” – Dünya çempionundan etiraf

GGdz4ViLNbONpP4tNTSK3erKnM1sRaGb9CkcjzSD_1200

Dördqat dünya çempionu Maks Ferstappen “Formula-1″də gələcəyi barədə düşünməyə başladığını bildirib.

Olkemedia.az  BBC-yə istinadən xəbər verir ki, o, artıq yarışlardan əvvəlki kimi zövq almadığını deyib.

Pilot mövsümün sonunda karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı suala cavabında bu barədə düşündüyünü qeyd edib. Onun sözlərinə görə, “Formula-1″in tələb etdiyi səylərin buna dəyib-dəymədiyi və ailəsi ilə daha çox vaxt keçirməyin daha yaxşı olub-olmadığı barədə tərəddüd edir.

Qeyd edək ki, “Formula-1” pilotunun “Red Bull Racing” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.