Bakı-Şamaxı yolunda qəza

gI3pJPbsPp8NmK3o01elaROVtkSYoolySOUx3bAr_1200

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia.az -ın məlumatına görə, hadisə yolun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.

Göyçay rayonundan Bakı istiqamətində hərəkətdə olan “Hyundai Sonata” markalı 99-CL-755 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Göyçay rayon sakini 1959-cu il təvəllüdlü Məznunə Ətraf qızı Xəlilova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.