Kapitan Vüsal Sadıqov həbsdə qaldı

vh5p7pwzITdW7Hjtdm3QEtUbeM6ktYLG2PVe4OEq_1200

Ölkəyə dəniz yolu ilə külli miqdarda qaçaqmal siqaret keçirilməsi ilə bağlı ittiham olunan zabitlərdən daha birinin həbs müddəti uzadılıb.

Olkemedia.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Neftçala sahil mühafizəsinin bölmə rəisi, kapitan Vüsal Sadıqov yenidən məhkəməyə çıxarılıb.

Prokuror irihəcmli cinayət işi üzrə 3 aylıq müddətin kifayət etmədiyini deyib, istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq təqsirləndirilən şəxsin həbsdə qalmasının davamına qərar verilməsini xahiş edib.

Müdafiə tərəfinin etirazına baxmaraq, hakim təqdimatı əsaslı hesab edib. Qərara əsasən, kapitan Sadıqovun həbsdə saxlanılma müddəti daha üç ay uzadılıb.

Qeyd edək ki, eyni cinayət işi üzrə onlarla həbs edilən var. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.