Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb

qJ1Vj9FZH40zjIchpCv1KAOYEV4TvbiKwwMSxE6Q_1200

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan beş vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Olkemedia.az “Report”a istinadən xəbər verir ki, daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Buğdanın ümumi çəkisi 350 tondur.