Balıq ovuna gedən dostlar qəzaya düşdülər

AeQA25Q1IHKeCKmN2aoBTsQHEeJqIGrSqlpOULEw_1200

Salyanda qəzaya düşən şəxslər dost olublar.

Olkemedia.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar balıq ovu üçün yola çıxıblarmış.

Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmət göstərilib.

Qeyd edilib ki, hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.