Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub

lnHpktPu7TOu8I6lHAt5qv9VLgXnRR2Uo6Ck1tvo_1200

Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.

Olkemedia.az  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub