Novxanıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

TDpIVL3rAw6pbOImmV9sX6vtxecEr8sMEriNr0IW_1200

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia.az  “Report”a istinadən verir ki, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Ağababa Ağayevi “Opel” markalı minik avtomobili vurub.

Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.