Yaponiya vətəndaşı Azərbaycana gəlib

MQOrWyboy77urvEi7WFjqCGwjwzt9I4CC9H338zj_1200

“Daha əvvəl İranda saxlanılan iki Yaponiya vətəndaşından biri azad edilib və tezliklə vətənə qayıda biləcək”.

Olkemedia.az TASS-a istinadən bildirir ki, bunu Yaponiya Xarici İşlər Naziri Tosimitsu Moteqi bildirib.

“İkinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik”, – deyə o, yerli televiziyanın efirində qeyd edib. T.Moteqi əlavə edib ki, Yaponiya vətəndaşı hazırda Azərbaycandadır və tezliklə vətənə qayıdacaq.

Xarici İşlər Nazirliyinin məlumatına görə, o, 2025-ci ilin yayında saxlanılıb, lakin ona qarşı hansı ittihamların irəli sürüldüyü bildirilmir.

Yerli KİV-in məlumatına görə, İranda saxlanılan digər Yaponiya vətəndaşı Yaponiya İctimai Televiziyasının (NHK) Tehrandakı bürosunun rəhbəridir. O, yanvarın 20-də saxlanılıb və saxlanılma səbəbləri barədə məlumat verilməyib.