Sumqayıtda bayram tonqalında baş vermiş partlayışda xəsarət alanların kimliyi məlum oldu

WcnQsPs2n928RmPyGPFZTNydNF4wmdPJLh1Udy7x_1200

Sumqayıt şəhərində tonqalda baş verən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Olkemedia.az  “Report”a istinadən bildirir ki, xəsarət alanlar Sumqayıt şəhər sakinləridir:

2004-cü il təvəllüdlü Fatimə Telman qızı Məmmədzadə,

2006-cı il təvəllüdlü Fatimə Camal qızı İsgəndərli,

2015-ci il təvəllüdlü Nailə Saleh qızı Bayramlı,

2018-ci il təvəllüdlü Aylin Rahid qızı Qasımova,

2015-ci il təvəllüdlü İsa Taleh oğlu Hüseynzadə,

2014-cü il təvəllüdlü Ömər Rəşad oğlu Təhməzli,

2016-cı il təvəllüdlü Ayla Roman qızı Əliyeva,

2009-cu il təvəllüdlü Nicat Vüqar oğlu Orucov,

2013-cü il təvəllüdlü Duyğu Nəriman qızı Əsədli,

2013-cü il təvəllüdlü Yusif Niyazi oğlu Həsənli,

2008-ci il təvəllüdlü Aylin Ramin qızı Məmmədova.

Sumqayıtda Novruz bayramı münasibətilə qalanan tonqalda baş vermiş partlayış zamanı xəsarət alanların vəziyyəti məlum olub.

Bu barədə Olkemedia.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, martın 21-də, saat 21:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında güclü partlayış səbəbi ilə çağırış qeydə alınıb.

“Çağırış ünvanına üç təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən beş uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Eyni zamanda dörd nəfər Uşaq Xəstəxanasına, iki nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbi ilə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeddi nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda dörd nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir”, – məlumatda qeyd olunub.