İllərlə istifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür
İllərdir istifadə edilən, lakin sənəd üzərində dövlətə və ya bələdiyyəyə məxsus olan torpaq sahələrini özəlləşdirmək olar.
Olkemedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, icarə müddətindən asılı olmayaraq, bu torpaqların özəlləşdirilməsi mümkündür. Bunun üçün ilk növbədə ərazinin arxiv məlumatları və ilkin sənədləri araşdırılmalıdır.