Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb

8ufWtCUf5QeCJP7skF9EFQA4vZU26NSLtDyi1Efc_1200

Goranboyda döyülmə faktı qeydə alınıb.

Olkemedia.az  APA-ya istinadən xəbər verir ki, rayon sakini 1994-cü il təvəllüdlü Ə.Əliyev döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib.

Dərhal ona yardım edilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 32 yaşlı kişini xilas etmək mümkün olmayıb.

Məlumata görə Ə.Əliyev qonşusu tərəfindən döyülüb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.