“Selta Viqo”, “Nottingem Forest” və “Frayburq” 1/4 finala adlayıblar
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilir.
Olkemedia.az xəbər verir ki, turun maraqlı görüşlərindən biri “Lion” və “Selta Viqo” klubları arasında baş tutub.
İlk qarşılaşmada heç-heçəyə (1:1) razılaşan tərəflərin cavab oyununda da iki qol vurulub – 0:2. “Selta Viqo” meydandan qalib ayrılaraq adını 1/4 final mərhələsinə yazdırıb.
“Midtyulland” – “Nottingem Forest” matçının əsas vaxtı qonaqların qalibiyyəti ilə yekunlaşıb – 1:2. İlk görüş 1:0 hesabı ilə başa çatdığından əlavə vaxt təyin edilib. Əlavə vaxtda qol səsi eşidilmədiyinə görə, qalibi penalti seriyası müəyyənləşdirib. İngilislər penalti zərbərlərini daha dəqiq yerinə yetirərək (0:3) növbəti mərhələyə adlayıblar.
Digər görüşdə isə “Frayburq” “Genk” üzərində 5:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələdə adlayıb. Tərəflər arasında ilk görüşdə “Genk” meydandan minimal hesabla qalib ayrılmışdı.