Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

V9yqUbAJvyCeE8l7KMit8nxTZB6dw2jMMde4gpTY_1200

Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Olkemedia.az  xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan yeddi çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq.

Sabah start götürəcək Tbilisi “Böyük Dəbilqə”sinin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.