Cəbrayıla QAYIDIŞIN SİMVOLU

o1FRFDQRdMPSQ0t0hPKStK0RuvY2MHu5R1DFXLPq_1200

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndi hazırda yeni bir həyatın başlanğıcını yaşayır. Kəndə daxil olanda 30 illik işğal zamanı qəlbi qaralmış bu torpaqlarda dirçəlişin yaratdığı ab-havaya isinirsən.

Horovluda dağıntıların yerini tədricən tikililər əvəzləyir, həyətlərdə həyat dolu səslər eşidilir. Dövlət tərəfindən həyata keçirilən bərpa və yenidənqurma layihələri kəndin simasını dəyişir. İnfrastrukturun qurulması, yolların çəkilməsi, kommunikasiya xətlərinin bərpası bura yeni nəfəs verib.

Doğma yurdda insanların ümidləri güclənir.

İşğaldan azad olunduqdan sonra ilk dəfə Horovluda Novruz festivalı keçirilir.