65 yaşlı kişi yıxılıb öldü

N60GNaOpchfJOpf8Uys5WW7Nw6ohZRwmnoNKCyb4_1200

Şəmkir rayonunda 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Olkemedia.az məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib.

Kənd sakini 1961-ci il təvəllüdlü Arzuman Məmmədov yaşadığı evin həyətində iş görərkən nərdivandan yıxılıb ölüb.

Faktla bağlı araşdırma aparılır.