iki ay sonra Afrika Millətlər Kubokunun qalibi elan edildi

d1rJlKUfr50cPq2m3osGnQ6UkJShEGS3Z6IF7oyL_1200

Futbol üzrə Mərakeş yığma komandası Afrika Millətlər Kubokunun qalibi elan edilib.

Olkemedia bu barədə Afrika Futbol Konfederasiyasının saytına istinadən xəbər verir.

Qeyd olunub ki, Millətlər Kubokunun nəticələrinə finaldan iki ay sonra yenidən baxılıb. Afrika Futbol Konfederasiyası Mərakeşin apellyasiya şikayətini təmin etdiyini və Seneqal millisinə 98-ci dəqiqədə Braim Diasa qarşı qayda pozuntusuna görə təyin edilmiş penaltidən sonra meydanı tərk etdikləri üçün 0:3 hesablı texniki məğlubiyyət verildiyini elan edib.

Həmin vaxt oyun yalnız 13 dəqiqə fasilədən sonra bərpa olunmuş və seneqallıların qələbəsi ilə (1:0) başa çatmışdı.