Avropa İran məsələsində ABŞ-ni niyə dəstəkləmir?
“Bu, Avropanın müharibəsi deyil. Regiondakı vəziyyətlə bağlı Qırmızı dənizdə “Aspides” əməliyyatımız var. Bu mandatın Hörmüz boğazını əhatə etməsi, Maskat xəttindən şimala uzanması ilə bağlı müzakirələr aparıldı. Üzv dövlətlər buna maraq göstərmədi. Heç kim bu müharibədə fəal iştirak etmək istəmir. Çünki hər kəs nəticənin necə olacağından narahatdır”.
Olkemedia Baku TV-yə istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.