Tramp İranla müharibənin tezliklə bitəcəyinin anonsunu verdi

yRyLkZZVH87iFoVhlju6hTEiXCKA2BPzPU2ofTnf_1200

“ABŞ-nin İranla münaqişəsi çox tezliklə başa çatacaq”.

Olkemedia  RBC-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezident Donald Tramp Ağ Evdə keçirilən tədbirdə bildirib.

“Bu, çox vaxt aparmayacaq”, – deyə o bildirib.

Vaşinqtonun müharibəni bu həftə bitirə biləcəyi sualına respublikaçı “Mən belə düşünmürəm, lakin bu, tezliklə olacaq” cavabını verib və münaqişə başa çatdıqda dünyamızın daha təhlükəsiz olacağını əlavə edib.