Amsterdamda yəhudi məktəbində partlayış oldu

Aisx2GT1KLoWpypFYL3tK58bhk5ApMxeSoKhjUgY_1200

Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbində partlayış qeydə alınıb.

Olkemedia.Az xəbər verir ki, bu barədə “AD News” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə martın 14-nə keçən gecə baş verib. Polis əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəliblər. Şəhərin meri Femke Halsemanın sözlərinə görə, partlayış zamanı dəyən ziyan böyük olmayıb.

O qeyd edib ki, polis baş verənləri yəhudi icmasına qarşı məqsədyönlü hücum kimi araşdırır.

“Məktəb uşaqların rahat şəkildə dərs aldığı, Amsterdam yəhudilərin təhlükəsiz yaşaya biləcəyi yer olmalıdır”, – deyə şəhər meri bildirib.