Qarabağa qayıdışın statistikası: Ən çox sakin hansı yaşayış məntəqəsinə köçürülüb?

G3hwGHyD38XL34NQaqRFcqtrquhewKUvULeul5Iw_1200

2025-ci il ərzində işğaldan azad edilən ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin statistikası açıqlanıb.

Olkemedia xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Bildirilib ki, Cəbrayıl şəhərinə 376 ailə -1 704 nəfər, Şuşa şəhərinə 8 ailə – 23 nəfər, Xocalı şəhərinə 68 ailə – 323 nəfər, Kəlbəcər şəhərinə 108 ailə – 450 nəfər, Füzuli şəhərinə bir ailə – 5 nəfər, Laçın şəhərinə 37 ailə – 155 nəfər, Xocalı rayonunun Ballıca kəndinə 191 ailə – 787 nəfər, Xanyurdu kəndinə 123 ailə – 431 nəfər, Təzəbinə kəndinə 139 ailə – 609 nəfər, Şuşakənd kəndinə 114 ailə – 428 nəfər, Badara kəndinə 58 ailə – 220 nəfər, Daşbulaq kəndinə 35 ailə – 138 nəfər, Seyidbəyli kəndinə 59 ailə – 216 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə 255 ailə – 989 nəfər, Suqovuşan qəsəbəsinə 180 ailə – 592 nəfər, Kolatağ kəndinə 33 ailə – 120 nəfər, Vəngli kəndinə 137 ailə – 535 nəfər, Ağdam şəhərinə 103 ailə – 405 nəfər, Ağdam rayonunun Sarıcalı kəndinə 188 ailə – 785 nəfər, Kəngərli kəndinə 283 ailə – 1 206 nəfər, Xıdırlı kəndinə 649 ailə – 2 571 nəfər, Laçın rayonun Bəylik kəndinə 89 ailə – 363 nəfər, Xocavənd rayonunun Sos kəndinə 85 ailə – 360 nəfər, Qırmızı Bazar qəsəbəsinə 122 ailə – 513 nəfər, Hadrut qəsəbəsinə 48 ailə – 186 nəfər, Zəngilan rayonunun Ağalı kəndinə 51 ailə – 137 nəfər, Məmmədbəyli kəndinə 132 ailə – 653 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə 191 ailə – 762 nəfər, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 30 ailə – 115 nəfər köçürülüb. Yəni 3 893 ailə olmaqla 15 781 nəfər işğaldan azad olunmuş ərazilərə köçürülüb.