Müharibə bitirəcək?
ABŞ-İsrail və İran arasındakı münaqişə martın 21-nə təsadüf edən Novruz bayramından əvvəl bitə bilər.
Olkemedia xəbər verir ki, bu barədə ISNA agentliyi İran Silahlı Qüvvələrinin Baş Komandanının köməkçisi və baş məsləhətçisi Rəhim Səfəvinin açıqlamasına istinadən xəbər yayıb.
“Düşünürəm ki, bu müharibə Novruzdan əvvəl bitəcək. Mənim fikrim budur: ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməzlər”, – deyə R.Səfəvi bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.