İsrailin şimalına yeni raket zərbələri endirildi

XygmxUXtcgnGWjOhNCgp0CkiUgQd0aHDey2iCP1v_1200

İran İsrail istiqamətində növbəti raket hücumunu həyata keçirib.

OLKEMEDIA  xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, əsas hədəflər İsrail ərazisinin şimal hissəsində yerləşir.

İsrail istiqamətinə yönəldilən raketlərin sayı və ya onların modifikasiyaları barədə məlumat yoxdur.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.