Əsginaslarda tarixi şəxsiyyətləri heyvanlar əvəzləyəcək

PejPHp7Ii4YI9BZw5nI0c0EHFgIQNNMcd1W9UL5X_1200

İngiltərə Bankının buraxmağa hazırlaşdığı yeni əsginasların üzərində Uinston Çörçill və ya Ceyn Ostin kimi tarixi şəxsiyyətlərin əvəzinə nadir quşlar və heyvanların təsvirləri əks olunacaq.

Olkemedia xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Ekspertlərin fikrincə, quşların və heyvanların təsvirlərini saxtalaşdırmaq insan üzlərindən daha çətindir. Yaxın vaxtlarda vəhşi təbiət mütəxəssisləri Böyük Britaniyada yaşayan nadir quş və heyvanların siyahısını tərtib edəcəklər.

Əsginasların dizaynının dəyişdirilməsi məsələsi hələ 2025-ci ilin yayında müzakirə olunmuşdu. O zaman İngiltərə Bankı müxtəlif dəyişiklik variantlarını təqdim etmişdi. Sorğuda iştirak edən ingilislərin təxminən 60%-i təbiət təsvirlərinə, 56%-i isə memarlığa səs verib. Ən az səsi isə tarixi hadisələr (19%) toplayıb.