Dünya bazarına rekord həcmdə neft

y7cz1HYCO3pDGkwUACCcV6poEASsPrsz4SJXiGYI_1200

Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr Yaxın Şərqdəki gərginlik fonunda enerji qiymətlərinin artımını dayandırmaq üçün strateji ehtiyatlardan dünya bazarına indiyədək qeydə alınan ən böyük həcmdə neftin çıxarılmasını razılaşdırıblar.

Olkemedia təşkilatın saytına istinadən xəbər verir ki, söhbət 400 milyon barel neftdən gedir.

“Reuters” agentliyi daha əvvəl yazırdı ki, bu proses azı iki ay çəkəcək.

Qeyd edək ki, BEA-ya üzv dövlətlər 1.2 milyard bareldən çox strateji neft ehtiyatlarına, habelə 600 milyon barel sənaye ehtiyatlarına malikdirlər .