KİV: İran İordaniyada Almaniya ordusunun düşərgəsini atəşə tutub

P9feJGrhkFoEwl4xqymjJXLvbw0sAH5D0prwgkcy_1200

İran İordaniyada yerləşən hərbi obyektə raket zərbəsi endirib.

Olkemedia-nın “Der Spiegel”ə istinadən verdiyi xəbərə görə, Almaniya ordusunun düşərgəsi yerləşən Əl-Əzraq aviabazası bir neçə ballistik raketlə atəşə tutulub.

Bildirilir ki, hərbçilər əvvəlcədən sığınacaqlara yerləşdirildiyi üçün xəsarət alan olmayıb.

Hazırda raketlərin birbaşa düşərgəyə düşüb-düşmədiyi və ya hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi raket qalıqlarının əraziyə düşdüyü hələ dəqiqləşdirilir.

Qeyd edək ki, Əl-Əzraq aviabazası daha əvvəl də raket hücumuna məruz qalıb.