İran aviasiyası Hayfadakı neft və qaz emalı zavodlarını vurdu

Q9CjaI6PV0XFH9n17qbCqbSzfyk5c87jcENvl8AM_1200

İran Hərbi Hava Qüvvələri İsrailin yanacaq infrastrukturuna zərbə endirib.

Olkemedia xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İran Hərbi Hava Qüvvələri ölkənin paytaxtındakı enerji infrastrukturuna edilmiş əvvəlki hücumlara cavab məqsədilə İsrailin şimalına raket hücumları edib. Hayfa şəhərindəki qaz və neft emalı zavodları, həmçinin yanacaq saxlanılan bir neçə çən vurulub.