Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

5MzKueANL7PluguwVUtSw9CDtGa72YyJHyivMv6n_1200

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

OLKEMEDIA  AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.