Şəmkirdə ağır qəza

MROwdmBFHs3Jh8oDn3OpQ1dcDdgyjCBmsQ7CDbS6_1200

Şəmkir rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia “Teleqraf”a istinadən xəbər verir ki, hadisə rayonu Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Qəza zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altu Mustafayev hadisə yerində ölüb. Avtomobilin sürücüsü və sərnişinlər, Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Eyvaz oğlu Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Vüqar oğlu Əsgərov xəsarət alıblar.

Faktla bağlı araşdırma başlanılıb.