Rasim Qarayev: “18 yaşımda tərk etdiyim Zəngilana 51 yaşımda geri qayıdıram”

6SPI2WVw5a8Q5B9hAfubxtpJUWQYc0E7fGLQMlyl_1200

“18 yaşımda hərbi xidmətə yollanarkən Zəngilanı tərk etmişdim, lakin geri qayıda bilmədim, çünki artıq işğal olunmuşdu. 51 yaşımda isə doğma yurduma geri qayıdıram”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən Rasim Qarayev deyib:

“Biz bu günləri şəhidlərimizə, qazilərimizə, cənab prezidentimizə borcluyuq. Onların sayəsində 33 ildən sonra doğma torpaqlarımıza geri qayıdırıq. Bundan sonrakı həyatımı daha dədə-baba yurdumda davam etdirəcəm. İndi həyat yoldaşımla qayıdıram. Bir ay əvvəl qohumlarım da Məmmədbəyli kəndinə köçüb”.