Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Olkemedia President.az-a istinadən xəbər verir ki, sərəncamla Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilir:
“Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi
Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
“Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi
Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;
Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi;
Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.