“Azərbaycan bayrağı” ordenli General yüksək vəzifəyə təyin edildi

INkrJY3Th6MFOHd6aXFrlAwmrRZQ4jZxDlotjIdQ_1200

Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar olub.

Olkemedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş A.Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət göstərib.