Şəmkirdə yol qəzasında ölən şəxs ticarətçi olub

whatsapp_image_2026-01-18_at_23.22.45

Şəmkir rayonunun Qaracəmilli kəndində yol qəzasında ölən Şirzad Quliyev ticarətçi imiş.

Teleqraf xəbər verir ki, ağır qəzada ölən şəxs uzun illər Gəncə şəhərində yerləşən ticarət mərkəzlərinin birində geyim satışı ilə məşğul olub.

O, dünən şəxsi işi ilə bağlı Şəmkir rayonun Qaracəmirli kəndinə gedirəkən qəza nəticəsində ölüb.

Məlumat üçün bildirək ki, “Ford Transit” markalı yük avtomobilində sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.