Şəmkirdə yük maşını ağaca çırpılıb, 1 nəfər vəfat edib.

qtZBgcrBo4gC23oeWNJonGBNiuBon0O8Hfv9Y46A_1200

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.