Şəmkirdə minik avtomobili ağaca çırpıldı, 1 nəfər xəsarət aldı

MROwdmBFHs3Jh8oDn3OpQ1dcDdgyjCBmsQ7CDbS6_1200

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia APA-ya istinadən xəbər verir ki, “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.