Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, beş nəfər xəsarət alıb.

FvwHABWq5m34LWAADztulmSd7galFrvWij1v0Shu_640

Olkemedia “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla beş nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.