Bakıda güclü külək nəticəsində səkkiz ağac sınıb

5Gx3uvsz96RkrhNY7JZHR08EFzvZvf0copwDwIGz_1200

Gecə saatlarından etibarən əsən güclü külək səbəbindən Bakı şəhəri ərazisində səkkiz ağac sınıb, 12 ağacın budaqları qırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazilər təmizlənib.