Ağdamda ər-arvad qəzaya düşdü

MROwdmBFHs3Jh8oDn3OpQ1dcDdgyjCBmsQ7CDbS6_1200

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisindəki yolda qeydə alınıb.

Qəsəbə ərazisində hərəkətdə olan VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən qarşı hərəkət zolağından gələn “Toyota” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü, 1973-cü il təvəllüdlü Taleh Mehdiyev və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Aliyə Mehdiyeva xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.