Xankəndi teatrı bərpa edilir – 8 milyon sərf olunacaq

eec90f35e073ff7840ffe507110d23b3_1766849234_1766762571270-p5okdmvvncf

Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidən qurma işləri aparılacaq. 

Olkemedia İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi bununla bağlı hazırlıqları yekunlaşdırıb, sözügedən işlərin icrasını “Crystal İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidən qurma işlərinin icrasına 7,9 milyon manat vəsait sərf olunacaq.