Yaşayış binasında yanğın: 1 nəfər xəsarət alıb

uGQwr22eIVkTE8aqwfDzAH5sBD6fFA5d0Y39vp7l_1200

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Olkemedia xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhərdəki doqquzmərtəbəli binalardan birinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.