Tovuzda qəza oldu – Yaralanan var

MROwdmBFHs3Jh8oDn3OpQ1dcDdgyjCBmsQ7CDbS6_1200

Tovuzda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Hərəktədə olan “Opel” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.