Qəbələdə baş verən avtoqəzada xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANDI
Qəbələdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Qəbələ Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, dekabrın 25-i saat 13:00-da Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1956-cı il və 1969-cu il təvəllüdlü şəxslərə bel fəqərələrinin sınığı, baş, əl və diz nahiyələrinin açıq yaraları, döş qəfəsinin travması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, – deyə məlumatda qeyd olunub.