Saatlıda ər-arvad dəm qazından boğulub öldü

images

Saatlı rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakinləri – İbrəhim Hüseyn oğlu İsmayılov və Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.