Ağcabədidə ölü doğulan körpə ilə bağlı İDDİA: “Hər şey normal idi”

download

“Üç gün əvvəl gəlinimi xəstəxanaya gətirmişdim, onda həkim dedi ki, hər şey normaldır”.

Olkemedia “Teleqraf”a istinadən xəbər verir ki, bunu bu gün Ağcabədidə doğuş zamanı övladı tələf olan Ləman Rəhimovanın qayınanası Şəhla Rəhimova deyib.

“İradə həkim dünənə doğuş təyin etmişdi. Dünən gəlinimin ağrıları başladığına görə həkimə zəng etdim, gətirməyimizi söylədi. Gəldik, yenidən müayinə etdi və yenə dedi ki, hər şey qaydasındadır, axşama qədər doğuş ola bilər. Gecəni burada qaldıq. Səhər saat 8-də doğuşa apardılar, lakin bir müddət sonra bizə bildirdilər ki, uşaq ölü doğulub. Bu necə baş verdi, niyə belə oldu, bilmirik”, – Ş.Rəhimova qeyd edib.