Vaqif Xaçatryan xəstəxanaya yerləşdirildi

zQfiEPP669mLhKNvz5eO7NeiMpGXzTX9D3D3YFiC_1200

Azərbaycanda həbsdə olan Vaqif Xaçatryan xəstəxanaya yerləşdirilib.

Olkemedia APA-ya istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum olan Vaqif Xaçatryanın səhhətində 2025-ci il dekabrın 22-də pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb.

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasiya tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən yüksək ixtisaslı tibbi yardım məqsədilə müvafiq dövlət tibb müəssisəsinə təxliyə edilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir və intensiv müalicə tədbirləri davam etdirilir.