Cəlilabadda avtomobil qadını vurdu

img-20251222-wa0545

Cəlilabadda avtomobil yol keçən piyadanı vurub.

Teleqrafın Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.

İlkin məlumata görə, yolu keçmək istəyən kənd sakini, 1947-ci il təvəllüdlü Quliyeva Südavər Bəylər qızını “Ford Transit” markalı avtomobil vurub.

Qəza nəticəsində piyada ağır xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.