Ağır qəzada xəsarət şəxsin vəziyyəti AÇIQLANDI
Qazax rayonunun Dəmirçilər kəndində yol-nəqliyyat hadisəsində xəsarət alan Mustafa Vələdovun vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusunda Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, yaralıya dəqiqləşməmiş kəllə-beyin travması diaqnozu təyin edilib:
“Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.