Ağdamda minaya düşən traktorçunun vəziyyəti AÇIQLANDI

LE5v6zQhfNy90UJbRB9PEMjrzVw8ETflq07fbK6O_1200

Dekabrın 17-i saat 22:40-da bir nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumatda qeyd olunub ki, 1982-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:

“İxtisaslı tibbi xidmətin göstərilməsi üçün pasiyent saat 23:30-da Mingəçevir şəhərində özəl tibb müəssisəsinə təxliyə olunub”.