Vəkil Nemət Kərimlini təhqir edən jurnalist həbs olundu

W96mzOMvaJpmY9EUaoOn1f3fLFc9fJTY4IpexmWD_1200

Suraxanı Rayon Məhkəməsində vəkil Nemət Kərimlini təhqir etməkdə təqsirləndirilən jurnalist İmamət İsmayılovanın barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.

Oxu.Az-ın məlumatına görə, İ.İsmayılovanın “Facebook” sosial şəbəkəsində müxtəlif adlarla saxta profil və hesablar yaradaraq vəkil Nemət Kərimli və onun qohumlarının ünvanına təhqirlər yazdığı müəyyən edilib.Suraxanı Rayon Məhkəməsinin hökmü ilə İ.İsmayılovaya 8 ay azadlıqdan məhrum edilib.