Bakıda iki avtomobil toqquşdu, biri yanacaqdoldurma məntəqəsinə çırpıldı.

jH9CotTc23ysgArxkdHilfCiT0XIR1KlA4N5e3Ey_1200

Dekabrın 17-də, saat 20 radələrində paytaxtın Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mərdəkan şosesində BMW və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdən biri yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin məlumat lövhəsinə çırpılıb, digəri isə 100 metr kənara düşüb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Yolda və yanacaqdoldurma məntəqəsində böyük tıxac yaranıb.